27 C
Baku
Saturday, July 27, 2024

Makron: “Enerji Rusiyanın istifadə etdiyi müharibə alətlərindən biridir”

“Biz müharibə vəziyyətindəyik, bu bir faktdır”.

Bunu Fransa Prezidenti Emmanuel Makron deyib.

Dövlət başçısı qeyd edib ki, enerji Rusiyanın istifadə etdiyi müharibə alətlərindən biridir: “Buna görə də biz mütləq özümüzü alternativ elektrik enerjisi mənbələrinin daha sürətli istehsalına imkan verən mövqeyə qoymalıyıq”.

“Alternativ enerji mənbələrindən daha çox istehsal etmək üçün irəliləməyə davam etməliyik. Buna görə də mən hökumətdən bərpa olunan və nüvə enerjisinin istehsalını sürətləndirmək üçün hüquqi mətnlər hazırlamağı xahiş etdim. Layihələrimiz çox ləng gedir”, – Makron əlavə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər