Fransa Prezidenti Emmanuel Makron ölkənin regionlarından qayıtdıqdan sonra bazar ertəsi axşam Müdafiə Şurasının məhdud tərkibdə fövqəladə iclasını keçirib.
Bu barədə BFM telekanalı məlumat yayıb.
Bildirilir ki, görüşdə ölkənin xarici işlər naziri Katrin Kolonna, eləcə də Silahlı Qüvvələr naziri Sebastyan Lekornyu iştirak edib.
Xatırladaq ki, Fransa lideri daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı zamanı Rusiya Silahlı Qüvvələrinin bu ölkənin ərazisindəki bir sıra obyektlərə endirdiyi zərbələrdən ciddi narahatlığını bildirib. Makronun sözlərinə görə, bu zərbələr “münaqişənin xarakterini dəyişir”.