“Fransa ordusunu təchizat üzrə Avropada birinci edəcəyik”.
Bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.
Qeyd edək ki, bu ilin iyul ayında Emmanuel Makron 2019-2025-ci illər üzrə hərbi sahədə planlaşdırma qanununa silahlanmanı artırmaq məqsədi ilə yenidən baxmaq niyyətində olduğunu bildirmişdi.
O, bu ilin iyununda sənaye müəssisələrinə ölkəsinin maraqları üçün silah istehsalında fəallaşmanın vacibliyini vurğulamışdı.