13 C
Baku
Friday, November 22, 2024

Makron İtaliyanın yeni Baş naziri ilə görüşüb

Romada səfərdə olan Fransa prezidenti Emmanuel Makron İtaliyanın yeni Baş naziri Corca Meloni ilə görüşüb.

Bu barədə İtaliya Respublikası Nazirlər Şurası məlumat yayıb.

Qeyd olunub ki, tərəflər milli maraqlara qarşılıqlı hörmətlə yanaşı, Avropa səviyyəsində əsas ümumi çağırışlar üzərində birgə işi davam etdirmək barədə razılığa gəliblər.

Qeyri-rəsmi şəraitdə keçirilən görüşdə bütün əsas Avropa dosyeləri müzakirə olunub: bahalı enerji probleminin ümumi həllinin tapılmasının zəruriliyi, Ukraynaya dəstək, çətin iqtisadi vəziyyət, miqrasiya axınlarının idarə olunması.

İtaliya Nazirlər Şurasının sədri və Fransa prezidenti Avropa səviyyəsində və qarşılıqlı milli maraqlar nəzərə alınmaqla böyük ümumi vəzifələrin həlli üzərində işləmək üçün əməkdaşlığı davam etdirmək barədə razılığa gəliblər.

Beləliklə, Fransa prezidenti Meloni hökumət başçısı vəzifəsinə keçdikdən sonra onunla görüşən ilk xarici lider olub.

Qeyd edək ki, Makron İtaliyaya Müqəddəs Egidio katolik icmasının təşkil etdiyi “Dünyaya Bəyanat” beynəlxalq forumunda iştirak etmək üçün gəlib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər