17 C
Baku
Tuesday, May 28, 2024

Makron Lukaşenkoya xəbərdarlıq etdi

Fransa prezidenti Emmanuel Makron Belarus lideri Aleksandr Lukaşenkonun Ukraynadakı münaqişədə fəal iştirak edəcəyi təqdirdə problem yaşayacağını bildirib.

“France 2” telekanalına müsahibəsində Makron “Prezident Lukaşenko özünü Ukrayna münaqişəsinə daha çox həsr etmək qərarına gələrsə, o, məsuliyyəti öz üzərinə götürməlidir, bu, onun üçün problemsiz ötüşməyəcək” fikrini ifadə edib.

Fransa prezidenti xatırladıb ki, Avropa İttifaqı Belarusa qarşı artıq sanksiyalar tətbiq edib. Çünki bu ölkə Rusiya qoşunlarının Ukraynaya müdaxiləsi üçün öz ərazisində yerləşdirilməsinə icazə verib.

MənbəModern.az
Son xəbərlər
 ⁠
Digər xəbərlər