23 C
Baku
Friday, April 26, 2024

Makron neftin qiymətinin artmasında Trump-ı günahkar sayır

Əgər ABŞ İrana qarşı sanksiyalar tətbiq etməsəydi, neftin qiymət artmayacaqdı. Bu tezislə Emmanuelle Makron Donald Trumpun neft qiymətini azaltma tələbinə cavab verib. Fransa prezidenti, Trumpa sona qədər  məntiqə riyayyət etməyi təklif etdi.

Banker.az-ın Reuters-ə istinadən verdiyi məlumata əsasən , Fransa prezidenti Emmanuele Makron, ABŞ prezidenti Donald Trumpun neftin qiymətini müzakirə edərkən düzgün məntiqinən qiymətləndirilmədiyini bildirdi.

Macronun sözlərinə görə, Trump administrasiyası İran neftinə sanksiya tətbiq etməsəydi neft qiymətləri bu qədər çox olmayacaqdı.

«O, düşüncəsinin məntiqi nəticəsinə gəldikdə, İranın neftlə ticarət etmək qabiliyyəti onun qiymətinə müsbət təsir göstərdiyini görəcək» – Makron bildirib

«Bu sülh və dünya neft qiymətləri üçün yaxşıdır. Əks təqdirdə, mənim cavabım olmadığı bir məntiqsizlik yaranır. Bu iqtisadi bir reallıqdır: təklif və tələb », – Makron bildirib.

Trump, neft ixrac edən ölkələrin təşkilatı (OPEK) dəfələrlə neftin qiymətini aşağı salmağa çağırıb. Bunu son dəfə, BMT Baş Assambleyasının 25 Sentyabrda çıxışında etmişdi. «Biz onlardan qiymətləri qaldırılmamasını istəyirik. Biz neft qiymətlərinin aşağı salınmasını istəyirik. Biz artıq bu dəhşətli qiymətlərə dözməyəcəyik», – deyə Amerika lideri bildirib.

Həmçinin Trump OPEK ölkələrinin «dünyanın qalan hissəsini parçaladığını» söylədi. Amerika lideri bu vəziyyəti bəyənmədiyini qeyd etdi. «Biz bu ölkələrin əksəriyyətini [OPEK] heç bir şey üçün qoruyuruq, onlar isə bizi  istifadə edir və yüksək neft qiymətləri verirlər. Bu yaxşı deyil», – deyə ABŞ prezidenti qeyd edib.

Sentyabrın 24-də Brent tipli xam neftin qiyməti ilk dəfə 2014-cü ilin noyabr ayından etibarən bir barrel üçün 81 dollardan çox olub. Kotirovkanın artımı Əlcəzairdə  OPEC+ monitorinq komitəsi görüşünün əsasında qəbul edilən qərarə əsasən baş verib. Səudiyyə Ərəbistan kartelinin rəsmi lideri və onun ən böyük müttəfiqi Rusiya, neft istehsalını əlavə artımını saxladılar. Beləliklə, əslində, ABŞ prezidenti Donald Trumpun dərhal qiymətləri azalmaq tələbatını rədd etdilər.

2018-ci ilin avqust ayında Amerika Birləşmiş Ştatları İrana qarşı «təqribi» sanksiyaları tətbiq etdi, 5 noyabrda isə ilk növbədə İranın neft şirkətlərinə qarşı sanksiyaların tam paketinin tətbiq olunacağı  gözlənilir. Avropa Vaşinqton mövqeyi ilə razı deyil və şirkətlərinə İranla əməkdaşlıqlda ABŞ sanksiyalarının nəticələrinin qarşısını almaq niyyətindədir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər