Fransada ötən il yanğın nəticəsində ciddi zərər görən Notr-Dam kilsəsini 5 ilə bərpa etmək mümkündür.
Trend-in məlumatına görə, bunu yanğının ildönümü ilə əlaqədar çıxışı zamanı ölkə prezidenti Emmanuel Makron deyib.
O bildirib ki, hazırda bərpa işləri koronavirus epidemiyası ilə əlaqədar dayandırılıb:
“İşlər mümkün qədər tez bərpa olunacaq. Vəd etdiyim kimi, kilsəni beş ilə bərpa edəcəyik. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq”.
Xatırladaq ki, ötən il aprelin 15-də Notr-Dam kilsəsində güclü yanğın baş verib. 15 saat davam edən yanğının səbəbləri naməlum qalıb.
©Trend