Makron Notr-Dam kilsəsinin bərpa edilməsi planına dair açıqlama verdi
Fransanın prezidenti Emmanuel Makron, yandırılmış Notr-Dam kiləsini beş il ərzində bərpa edilməli olduğunu söyləyib. Bu haqda BFMTV xəbər verir.
“Biz əlimizdən gələni edəcəyik və hər şey yaxşı olacaq, – deyə prezident bildirib. – Biz Notr-Dam kilsəsini bərpa edərək, onu daha da gözəl edəcəyik”.
Makron qeyd edir ki, fransızlar daim yeni şəhərlər, limanlar və kilsələr tikiblər. Onlardan bir hissəsi yandırılıb, dağıdılıb və ya müharibə və inqilablar səbəbiylə məhv edilib. Buna baxmayaraq, onlar hər zaman bərpa edilib.
“SOCRA” rekonstruksiya şirkətinin sədri olan Patrik Palem bildirmişdir ki, kilsənin bərpası yaxın 15-20 il ərzində mümkün ola biləcəkdir.
Rekonstruksiya işlərinin aparılması məqsədilə beynəlxalq fandrayzinq kompaniyası keçiriləcək. “Total” şirkəti bu məqsədlə öz büdcəsindən 100 milyon avro bağışlayıb. “Louis Vuitton Moët Hennessy” şirkəti və milyarder Bernar Arno rekonstruksiya işlərinə 200 milyon avro ayırmağı vəd ediblər.
Öz köməyini Rusiyanın prezidenti Vladimir Putin və ABŞ-ın prezidenti Donald Tramp da təşkil edib.