31 C
Baku
Wednesday, July 24, 2024

Makron Putinlə telefon danışığı aparmağı planlaşdırır

Fransa Prezidenti Emmanuel Makron Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmağı planlaşdırdığını bildirib.

Bu barədə o, “LCI” telekanalına müsahibəsində danışıb.

Makron Putinlə növbəti söhbətinin mövzusunun “Ukraynada nüvə təhlükəsizliyi və mülki infrastrukturun, xüsusən də Zaporojya Atom Elektrik Stansiyasının təhlükəsizliyi” olacağını deyib.

Qeyd edək ki, Fransa Prezidenti keçən həftə ZAES-dən silahların çıxarılması ilə bağlı razılaşma yekunlaşdıqda Putinə zəng edəcəyini demişdi. O, həmçinin MAQATE-nin Zaporojya AES-dən ağır silahların çıxarılmasına nail olduğunu iddia edib.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər