2 C
Baku
Saturday, December 14, 2024

Makron Putinlə danışmaq istəyir

Fransa və Rusiya prezidentləri Emmanuel Makronla Vladimir Putin arasında telefon danışığı hələ təyin olunmayıb, lakin mümkündür.

Bunu Fransanın xarici işlər naziri Ketrin Kolonna bildirib.

“Belə bir söhbət (Makron və Putin arasında danılşıq) hələ planlaşdırılmayıb, lakin mümkündür, çünki onlar artıq keçmişdə danışıblar və bu faydalı olub. Prezidentlərin təması hazırda gündəmdə qalır”, – Kolonna LCI televiziya kanalına müsahibəsində Rusiya Federasiyası və Fransa prezidentləri arasında söhbətin planlaşdırılıb-planlaşdırılmadığına dair suala cavab olaraq bildirib.

Makron dəfələrlə Putinlə danışmaq istəyi barədə ictimaiyyətə danışıb, lakin Kreml rəsmi müraciətlərin olmadığını bildirib.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər