Fransa prezidenti Emmanuel Makron təkrar peyvənd olunduğunu açıqlayıb. Qeyd edək ki, ölkə lideri hansı peyvəndlə təkrar peyvənd olunduğunu dəqiqləşdirməyib.
Banker.az xəbər verir ki, “Revaksinasiya və qripə qarşı peyvənd edilib”, – deyə siyasətçi öz “Twitter” səhifəsində yazıb.
Xatırladaq ki, Emmanuel Makron ilk dəfə mayın 31-də peyvənd olunub. Fransa prezidenti dekabr ayında koronavirusa yoluxduğuna görə yalnız bir doza vurdurub.