Fransa Prezidenti Emmanuel Makron Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə görüşüb.
Görüş Qazaxıstan Prezidentinin iqamətgahında baş tutub.
Görüş bağlı qapılar arxasında keçirilib.
Xatırladaq ki, 2022-ci ilin noyabrında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev fransalı həmkarının dəvəti ilə Fransaya rəsmi səfər edib. Səfər zamanı Qazaxıstan və Fransa liderləri ticarət-iqtisadi əlaqələrin gücləndirilməsinə dair danışıqlar aparıb, Mərkəzi Asiya və beynəlxalq gündəliyin aktual məsələlərini müzakirə ediblər.