Fransa prezidenti Emmanuel Makron yaxın həftələrdə Ukraynadakı münaqişə tərəflərinin danışıqlar masasına oturmasını təmin etmək üçün bütün diplomatik səyləri yönəltməyə çağırıb.
Makron bazar ertəsi “France Inter” radiostansiyasına müsahibəsində deyib:
“Biz qarşıdakı həftələrdə tərəflərin danışıqlar masasına oturmasını təmin etmək üçün bütün diplomatik səyləri yönəltməliyik”.
Eyni zamanda, o əlavə edib ki, danışıqlar Vladimir Zelenski və Ukrayna xalqı üçün məqbul olan vaxtda və şərtlərdə aparılmalıdır.