10 C
Baku
Wednesday, December 11, 2024

Makron: “Ukraynadan Rumıniya vasitəsilə taxıl ixracı üçün marşrut hazırlanır”

Fransa Prezidenti Emmanuel Makron bildirib ki, o, avropalı həmkarları ilə birlikdə Ukraynadan Rumıniya vasitəsilə taxıl ixracı marşrutu üzərində işləyir.

Bu barədə o, TF1 telekanalına müsahibəsində bildirib.

Söhbət Rusiya tərəfindən Ukrayna limanlarının bağlanması səbəbindən ixrac oluna bilməyən 22 milyon ton taxıldan gedir.

“Biz indi Rumıniyadan keçəcək yeni marşrut üzərində işləyirik. Çünki Odessa (sərhəddən) bir neçə kilometr məsafədədir. Rumıniya ilə birlikdə taxıl ixracı üçün əlaqələndirici nöqtə yaradırıq”, – deyə Makron vurğulayıb.

Onun sözlərinə görə, bu halda taxıl Dunay boyu və ya dəmiryolu ilə daşına bilər.

MənbəOxu.az
Son xəbərlər
Digər xəbərlər