32 C
Baku
Wednesday, July 24, 2024

Makron ÜST ölkələrini xəstəliklər barədə informasiyanı gizlətməməyə çağırıb

Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv ölkələr xəstəliklərə aid olan informasiyanı gizlətməməlidir.

Bunu Fransa prezidenti Emmanuel Makron deyib.

“Ümumdünya Səhiyyə Təşkilatı ölkələrdən heç biri informasiyanı gizlətməməli və ya məlumatların ötürülməsinə mane olmamalıdır”, – Makron Lionda Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun da iştirakı ilə keçirilən tədbirdə deyib.

Makron məhz hansı ölkəni nəzərdə tutduğunu açıqlamayıb, ancaq qərb KİV-i qeyd edir ki, Fransa rəhbəri koronavirusun aşkarlandığı Çinə işarə edib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər