10 C
Baku
Tuesday, November 26, 2024

Makron və Orban Rusiya neftinə embarqo təklifini müzakirə edib

Fransa Prezidenti Emmanuel Makron və Macarıstanın Baş naziri Viktor Orban arasında telefon danışığı olub.

Bu barədə Yelisey Sarayı məlumat yayıb.

Qeyd olunub ki, Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı sanksiyalarının altıncı paketinin bir hissəsi olan Rusiya neftinin idxalına qadağa qoyulması təklifini yekunlaşdırmaq istiqamətində tərəflər fikir mübadiləsi aparıb.

“Sanksiyaların altıncı paket üzrə qlobal razılaşmanı təmin etmək üçün bütün səviyyələrdə təmas var”, – Yelisey rəsmisi bildirib.

Qeyd edək ki, Aİ-nin 27 üzvü arasında Macarıstan Rusiya neftinə qarşı planlaşdırılan embarqonun ən sərt tənqidçisidir.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər