11 C
Baku
Monday, November 25, 2024

Makronla Conson Ukraynanı müzakirə etdi

Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Boris Conson Ukraynaya hərbi, humanitar və iqtisadi yardımların göstərilməsini müzakirə ediblər.

Bu barədə Yelisey sarayı bəyanat yayıb.

Bildirilib ki, Ukrayna münaqişəsi fonunda ərzaq böhranını müzakirə edən liderlər taxılın dəniz yolu ilə ixracına dair Avropanın səylərini dəstəkləyiblər.

Həmçinin tərəflər Rusiyaya qarşı müharibədə Ukraynanı lazımi qədər dəstəkləməyə hazır olduqlarını təsdiqləyiblər.

Qeyd edək ki, fevralın 24-də Rusiya Ukraynada genişmiqyaslı hərbi əməliyyatlara başlayıb.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər