9 C
Baku
Friday, December 13, 2024

Fransadakı seçkilər avropalı milyarderlərə 27,5 milyard dollar qazandırıb

Banker.az saytının Bloomberg agentliyinə istinadən verdiyi xəbərə görə, Fransada keçirilən prezident seçkilərinin birinci turu fonunda bazarların artması nəticəsində varlı avropalı milyarderlərin ümumi sərvəti 27,5 milyard dollar artıb.

 

Emmanuel Macron-un prezident seçkilərinin birinci turunda qalib gəlməsi nəticəsində avropalı bazarlar son 17 ay ərzində maksimum həddə qədər yüksəlib.

Inditex (Zara, Pull & Bear, Bershka) yaradıcısı Amansio Ortega-nın şəxsi sərvəti 2,7 milyard dollara yüksəlib ki, bu da gün ərzində ən iri həcmli artım olub.

Qeyd edək ki, 23 aprel 2017 tarixində keçirilən seçkinin nəticələrinə görə, Macron 23,86%, Marine Le Pen isə 21,43% səs toplayıb. Proqnozlara görə, Macron ikinci turda 60% səs ilə qalib gələcək.

 

Son xəbərlər
Digər xəbərlər