Fransa prezidenti Emmanuel Makron tərəfindən elan edilmiş iqtisadi tədbirlərin həyata keçməsi üçün 8-10 milyard avro tələb edilir.
Banker.az Report-a istinadən xəbər verir ki, bu barədə ölkənin büdcə siyasətinə məsul olan dövlət katibi Oliviye Dyusso bildirib.
“Səkkiz-on milyard avro tələb edilir, – deyə o, jurnalistlərin ölkə lideri tərəfindən elan edilmiş tədbirlər paketi barədə suallarını cavablandırarkən qeyd edib.
Qeyd edək ki, Fransa prezidenti kütləvi etiraz aksiyaları fonunda ölkədə fövqəladə iqtisadi vəziyyət elan edib.