9 C
Baku
Thursday, December 12, 2024

Makronun reytinqi ən aşağı səviyyəyə düşdü

Fransa prezidenti Emmanuel Makronun reytinqi pensiya islahatlarından sonra ən aşağı səviyyəyə düşüb.

Bu barədə “Le Figaro” nəşri BVA-nın keçirdiyi sorğunun məlumatlarına istinadən yazıb.

Belə ki, Makronun populyarlıq reytinqi 2018-ci ilin oktyabrında “sarı jiletlər” böhranının lap əvvəlində çatdığı səviyyəyə qayıdıb və 26% təşkil edib.

Həmçinin respondentlərin 74%-i dövlət başçısının pensiya islahatına imza atmaqla səhv addım atdığını düşünür və bu qərarın “ictimaiyyətin narazılığına səbəb olacağından” ehtiyat edir.

Son xəbərlər
Digər xəbərlər