17 C
Baku
Friday, May 3, 2024

Makronun reytinqi 28%-ə düşüb

BVA təşkilatının RTL radiostansiyası üçün keçirdiyi sorğunun nəticələrinə əsasən Fransa prezidenti Emmanuel Makronun fəaliyyəti respondentlərin 28 %-i tərəfindən bəyənilib.

Bu barədə “İnterfaks”ın məlumatında bildirilir.

Məlumata görə, sorğu martın 24-25-də 1 000 nəfər arasında keçirilib. Prezidentin reytinqi bir ayda 6 faiz aşağı düşüb.

Respondentlərin 72%-i prezidentin işini mənfi qiymətləndirdiklərini bildiriblər. Bu, “sarı jiletlilər” böhranının başladığı 2018-ci ilin noyabrından indiyədək sorğularda Makron üçün ən aşağı səviyyədir.

Respondentlərin 70%-i pensiya islahatlarının aparılmasının əleyhinə çıxıblar, 64%-i isə etirazçıları dəstəkləyib.

Fransa hökuməti martın əvvəlində etirazlara və tətillərə baxmayaraq, pensiya yaşının 62-dən 64-ə qaldırılması üçün islahatları təsdiqləyib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər