14 C
Baku
Monday, November 24, 2025

Malayziya 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadə etməsini qadağan edir

Malayziya hakimiyyəti 2026-cı ildən etibarən 16 yaşdan kiçik istifadəçilər üçün sosial şəbəkələri qadağan etməyi planlaşdırır. Bununla da Malayziya uşaqların təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə rəqəmsal platformalara çıxışı məhdudlaşdırmaq qərarı verən ölkələrin artan siyahısına qoşulacaq.

Planlaşdırılan məhdudiyyətləri noyabrın 23-də ölkənin rabitə naziri Fahmi Fadzil elan edib. Hökumət yaş məhdudiyyətlərinin tətbiqi üçün Avstraliya və digər ölkələrdə istifadə olunan mexanizmləri araşdırır. Məhdudiyyətlərin əsas səbəbi isə gəncləri onlayn təhdidlərdən qorumaq zərurətidir.

Yerli nəşr “New Straits Times” yazır ki, gələn ilə qədər platformalar qadağanın tətbiqi üçün elektron identifikasiya sistemini hazırlamalıdır. Məhdudiyyətlərə riayət olunmasına nəzarət mexanizmləri barədə isə yaxın aylarda ictimaiyyət və operatorlarla müzakirələr aparılacağı gözlənilir.

Son xəbərlər
Digər xəbərlər