Malayziya BRICS təşkilatına qoşulmaq və üzv ölkələrlə əməkdaşlığı gücləndirmək niyyətindədir, bu barədə ölkənin Baş nazir Ənvər İbrahim Şərqi İqtisadi Forumda çıxışı zamanı qeyd edib.
Qeyd edək ki, daha əvvəl Türkiyə BRICS təşkilatına üzv olmaq üçün müraciət edib.
BRICS ittifaqı 2006-cı ildə yaradılıb və əvvəlcə Braziliya, Rusiya, Hindistan və Çini əhatə edib. 2010-cu ildə təşkilata Cənubi Afrika qoşulub və onun adı dəyişdirilərək BRICS olub. 2024-cü il yanvarın 1-dən Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya assosiasiyaya qoşulub.