3 C
Baku
Saturday, December 14, 2024

Malayziya hökuməti investisiya fondunda 23 milyard dollardan çox mənimsəməni geri qaytarmaq niyyətindədir

Malayziya hökuməti 1MDB investisiya fondunda həm fiziki, həm də hüquqi şəxslər tərəfindən 96,6 milyard rinqitdən (23,5 milyard dollar) çox mənimsəməni geri qaytarmaq niyyətindədir.

Bu barədə “The Straits Times” qəzeti məlumat yayıb. Bildirilir ki, cari ayın əvvəllərində Malayziya Maliyyə Nazirliyi kompensasiyaların qaytarılması barədə 22 məhkəmə iddiası irəli sürüb. Ümumilikdə, həmin siyahıda sabiq Baş nazir Nacib Razak da olmaqla, 40 fiziki və 17 hüquqi şəxs yer alıb. Burada fondun sabiq top-menecerlərinin, həmçinin maliyyəçilərin, Malayziyanın və ABŞ-ın hüquq-mühafizə orqanlarının axtarışında olan yerli iş adamı Cho Launun adları var. Hakimiyyət orqanlarının, həmçinin “Deutsche Bank”, “JP Morgan Chase” banklarının yerli filiallarından və digər maliyyə qurumlarından kompensasiya tələb edəcəyi də qeyd olunur.

Baş nazir administrasiyasının nümayəndələrin6in bildirdiyinə görə, Maliyyə Nazirliyi tərəfindən irəli sürülən ittihamlara fondda mənimsəmələrlə əlaqədar cinayət işindən ayrılıqda, mülki iş kimi baxılacaq.

Xatırladaq ki, ötən ilin iyulunda 1MDB-nin strukturuna daxil olan “SRC International” fondunda iqtisadi cinayətlərlə əlaqədar aparılan məhkəmə prosesi nəticəsində sabiq Baş nazir Nacib Razak 12 il müddətinə azadlıqdan məhrum edilib və ona qarşı 210 milyon rinqit (50,7 milyon dollar) məbləğində cərimə irəli sürülüb. Eyni zamanda, 1MDB fondunun özündən birbaşa mənimsəmə ilə əlaqədar məhkəmə prosesi isə avqusta qədər təxirə salınıb.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər