15 C
Baku
Saturday, April 20, 2024

Malayziya orbitdəki mövqeyindən Azərbaycanın xeyrinə imtina edəcək

Bu ilin sonuna qədər Malayziya orbitdəki mövqeyindən Azərbaycanın xeyrinə imtina edəcək.

Bunu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentliyinin (“Azərkosmos”) İdarə Heyətinin sədri Saməddin Əsədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Kosmik fəaliyyət haqqında” Qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Azərbaycan orbitdə 46-cı dərəcə meridianda yerləşir. Bu meridianla bağlı Malayziya hökuməti tərəfindən 90-cı illərdə bizdən əvvəl ərizə verilib. Yəni bu meridianı Azərbaycan Malayziya ilə bölüşür”, – S.Əsədov qeyd edib.

Onun sözlərinə görə, Malayziya əlverişli əməkdaşlıq nəticəsində bu resursu Azərbaycana vermək qərarına gəlib: “Bu ilin sonuna qədər Malayziya ilə bu prosesi sonlandıracağıq. 46-cı dərəcə tam Azərbaycanın mövqeyi olacaq. Bundan sonra biz istəsək, 4-6 peyk buraxa biləcəyik”.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər