11 C
Baku
Tuesday, November 19, 2024

Malayziya rəsmisi Azərbaycana səfər edəcək

Malayziya xarici işlər nazirinin müavini Kəmərüdin Cəfər bu həftə Azərbaycana işgüzar səfər edəcək.

Malayziya XİN-in məlumatına görə, İordaniya səfərindən sonra Bakıya gələcək nazir müavininin burada xarici işlər naziri Ceyhun Bayramovla görüşü nəzərdə tutulub. Görüşdə iki ölkə arasındakı əməkdaşlığın daha da genişləndirilməsi, o cümlədən koronavirus pandemiyasından sonrakı dövrdə iqtisadi və ticarət əlaqələrinin gücləndirilməsi müzakirə olunacaq.

Səfər yanvarın 23-də başa çatacaq.

Qeyd edək ki, iki ölkə arasında 2021-ci ilin yanvar – oktyabr dövründəki ticarət dövriyyəsi 28,8 milyon dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər