Malayziya xarici borcların ödənilməsi üçün yollar axtarır

Malayziyanın Baş naziri Mahathir Məhəmməd ölkənin xarici borclarının silinməsi üçün vergi sistemində dəyişiklik ediləcəyini söyləyib.

Banker.az Azərtac-a istinadən bildirir ki, sabiq Baş nazir Nəcip Rezakın zamanında ölkənin xarici borclarının təxminən 252 milyard dollara çatIb. “Xarici borcun ödənilməsinə şərait yaratmaq üçün vergilərdə dəyişikliyə gedə bilərik. Bundan əlavə, torpaq sahələri kimi dövlətə aid mülklərin satışı da mümkün ola bilər”, – deyə Baş nazir Mahathir Məhəmməd bildirib.

Malayziya hökuməti keçən ay əsas prioritetin ölkənin borcdan çıxarılması olduğunu, buna görə də əsas hissəsini Çinin maliyyələşdirdiyi 3 milyard dollarlıq boru xətti layihəsini ləğv etdiyini açıqlayıb.

Ölkənin xarici borclarının silinməsi üçün Malayziya xalqı da öz töhfəsini əsirgəmir. Xarici borcların ödənilməsi üçün açılmış “Ümid fondu”na dörd ayda 48 milyard dollar vəsait yığıldığı bildirilib.