Malayziyanın Azərbaycan İqtisadiyyatına investisiya qoyuluşu kəskin artıb.
Banker.az xəbər verir ki, 2021-ci ilin birinci rübündə Cənubi-Şərqi Asiya ölkəsindən ölkə iqtisadiyyatına investisiya qoyuluşunun həcmi 135.49 milyon ABŞ dolları olmuşdur.
Bu isə 2020-ci ilin eyni dövrü ilə müqayisədə 2 dəfə artım deməkdir.
Azərbaycan iqtisadiyyatına 2021-ci ilin birinci rübündə 1 milyard 400.9 milyon dollar sərmayə qoyulub. Bunun da 9.7%-i Malayziyaya məxsusdur. Ötən bu ölkənin payı 5.7% idi.