Maldovanın Milli bankı seçkilər ərəfəsində üç bank tərəfindən verilmiş 1 milyard dolların yoxa çıxmasını aşkar edib.
Fransanın Le Monde nəşrinin verdiyi məlumata görə, itirilmiş vəsaitlərin axtarışı ilə qərb mütəxəssisləri məşğul olur.
Bu məbləğdə krediti ölkənin üç bankı – Banca de Economii, Unibank Maldova və Banca Sociala vermişdi. Hazırda avropalı məmurlar 4 milyon əhaliyə malik ölkədə belə bir məbləğin necə yoxa çıxa biləcəyini araşdırırlar. Qeyd edək ki, itirilmiş məbləğ Maldovanın ÜDM həcminin 12,5%-ni təşkil edir.