18 C
Baku
Monday, October 13, 2025

Mali ABŞ vətəndaşları üçün 10 min dollarlıq viza rüsumu tətbiq edib

Artıq ABŞ vətəndaşlarının Maliyə daxil olmaq üçün viza almaqla yanaşı, 10 min ABŞ dolları məbləğində depozit ödəməsi tələb olunur.

Mali hökuməti bu qərarı ABŞ-nin Mali vətəndaşlarına qarşı eyni tədbiri tətbiq etməsindən sonra qəbul edib. ABŞ hakimiyyəti belə bir tələbi “ABŞ sərhədlərinin qorunması və milli təhlükəsizliyin gücləndirilməsi” ilə əsaslandırmışdı.

Mali Xarici İşlər Nazirliyi bəyan edib ki, ABŞ bu qərarı birtərəfli qaydada qəbul etdiyindən, ölkə “tam eyni viza proqramını” ABŞ vətəndaşlarına qarşı tətbiq etmək qərarına gəlib.

ABŞ və Mali arasındakı münasibətlər 2021-ci ildə Malidə hərbi çevrilişdən sonra pisləşmişdi, lakin 2025-ci ildə müəyyən yumşalma əlamətləri müşahidə olunur. Cari ilin iyul ayında Maliyə gələn ABŞ nümayəndə heyəti terrorizmlə mübarizə və biznes əməkdaşlığı, o cümlədən qızıl və litium hasilatı sahəsində mümkün tərəfdaşlıqları müzakirə etmişdi.

Son xəbərlər
Digər xəbərlər