8 C
Baku
Sunday, November 17, 2024

Mali “Air France”ın uçuş icazəsini ləğv edib

Mali hakimiyyəti Fransanın “Air France” aviaşirkətinin respublikaya bütün uçuşları müvəqqəti olaraq dayandırmaq qərarına cavab olaraq şirkətin ölkəyə uçuş icazəsini ləğv edib.

Bu barədə “Frans Press“ (AFP) Malinin Dövlət Mülki Aviasiya Agentliyinə istinadən məlumat yayıb.

“Uçuş cədvəlinin yerinə yetirilməməsi səbəbindən uçuşların həyata keçirilməsinə icazə ləğv edilib”, – agentlik hava tənzimləyicisinin bəyanatına istinadən yazır.

Qeyd olunur ki, icazənin geri götürülməsi müvəqqəti xarakter daşıyır və oktyabr ayına qədər davam edəcək.

Aviaşirkət öz növbəsində bildirib ki, “onlar Fransanın hakimiyyət orqanları ilə əlaqə saxlayır və onun təyyarələrinin uçduğu ölkələrdə vəziyyətin inkişafını daim izləyirlər”.

Avqustun 7-də “Air France” Mali və Burkina Fasoya uçuşları dayandırıb. Bundan əlavə, aviadaşıyıcı hərbi qiyamçılar tərəfindən ölkənin hava məkanını bağladığı üçün Nigerə uçuşları dayandırıb.

Son xəbərlər
Digər xəbərlər