10 C
Baku
Bazar ertəsi, Yanvar 24, 2022

Malidə hərbçilər prezidenti və baş naziri həbs ediblər

Malidə hərbi qulluqçular ölkənin müvəqqəti prezidentini və baş nazirini həbs ediblər.

Bu barədə “RİA Novosti” xəbər verir.

Qeyd edilir ki, həbs olunanlar paytaxt Bamako yaxınlığındakı ordu bazasına aparılıblar. Ölkədə yeni hökumət formalaşdırılıb.

“Malidə hərbi qulluqçular ölkənin müvəqqəti prezidenti və baş nazirini həbs etdilər və onları paytaxt yaxınlığındakı Kati hərbi bazasına apardılar. Prezident qvardiyası dövlət başçısını qorumaqdan imtina edərək, hərbçilərə onu aparmağa icazə verdi. Müvəqqəti prezident Ba Ndaunun və baş nazir Moktar Uanunun hərbi qulluqçular tərəfindən həbs olunmasından 1 saat sonra Malinin loyal vitse-prezidenti, polkovnik Assimi Qota ölkədə ikinci keçid hökumətinin formalaşdırıldığını elan etdi”, – mənbə agentliyə bildirib.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər