29 C
Baku
Sunday, June 26, 2022

Maliyyə Bazarı üzrə Təlim və Maarifləndimə Mərkəzi ödənişsiz Master Class-a başlayır

Şifahi ingilis dili üzrə işgüzar ingilis dili bacarıqlarını inkişaf etdirmək, ingilis dilində təqdim etmə, işgüzar yazışma qaydalarını öyrənmək istəyənlərin nəzərinə!

Maliyyə Bazarı üzrə Təlim və Maarifləndimə Mərkəzi Sizlər Tam ÖDƏNİŞSİZ “İşgüzar Kommunikasiyalar-ingilis dili” üzrə Master Classa dəvət edir!

Master Class zamanı əhatə olunacaq mövzu:

  • Beynəlxalq İşgüzar ingilis dili: Effektiv iş anketi yazma və iş müsahibəsi bacarıqları (Business English: effective CV writing and job interview skills)

Tədris dili: Azərbaycan.
Başlama tarixi: 06 fevral 2017-ci il.
Müddət: 2 saat.
Vaxt:19:00-21:00.
Qiymət: Ödənişsiz

“Master Class”-ın keçirilmə məqsədi iştirakçılara “Beynəlxalq işgüzar kommunikasiyalar – ingilis dili” təlimi haqqında məlumat vermək, əhatə edəcəyi mövzular üzrə nümunə dərslər keçmək, bu sahə üzrə müəyyən təcrübi biliklər paylaşmaq və iştirakçıların suallarını cavablandırmaqdan ibarətdir.

Master Classı tədris edəcək peşəkar təlimçi: Fuad Əliyev http://www.fmtc.az/az/telimciler/42

QEYD: Master Class üzrə Müraciət edənlərin iştirakını təsdiq etmək üçün “Depozit” qaydası tətbiq olunur. Qaydaya əsasən onlayn qeydiyyatınızı tamamlamaq üçün Maliyyə Bazarı üzrə Təlim və Maarifləndirmə Mərkəzinin ofisinə yaxınlaşaraq depozit məbləğini ödəyin. Depozitin ümumi məbləği 10 manatdır.

Ödənilən depozit məbləği tədbirin keçirildiyi tarixdə iştirakçılara geri qaytarılacaqdır. Qeydiyyatdan keçmiş, lakin tədbirdə iştirak etməmiş namizədlərə ödəyir geri qaytarılmır!

Qeydiyyatdan keçmək üçün bizimlə aşağıdakı vasitələrlə əlaqə saxlayın:
Nəsimi ray, Sahib Zeynalov küç. 9/7
[email protected]
(+994 12) 498 16 77
(+994 70) 272 99 79
(+994 55) 672 99 79

İştirakçılar yekunda sertifikatla təmin olunacaq!

Son xəbərlər
Oxşar xəbərlər