15 C
Baku
Saturday, April 20, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatası 10 mln. manatlıq xalis mənfəət etdi – kəskin artım

Maliyyə Bazarlarına Nəzarət Palatasının cəmi aktivləri il ərzində 46% böyüyərək 21,34 mln. manat olub.

Banker.az xəbər verir ki, bu barədə Palatanın ötən üzrə açıqladığı illik maliyyə hesabatında deyilir.

Palata, 2018-ci il ərzində əsas maliyyə gəlirləri 20,03 mln. manat olub ki, bu da öncəki illə müqayisədə 34% daha çox olması deməkdir.

Tənzimləyici 2017-ci illə müqayisədə 2018-ci ildə əməliyyat xərclərini azaldıb və 10,14 mln. manat olub.

Beləliklə Palatanın 2018-ci il üzrə xalis mənfəəti 10,44 mln. manat olub. Bu 2017-ci ildə 3,88 mln. manat idi və bu da 2018-ci ildə 2,7 dəfə daha çox xalis mənfəət əldə etməsi deməkdir.

Ötənilki xalis mənfəətdən sonra cəmi kapitalı böyüyərək 20,27 mln. manata çatıb.

Son xəbərlər
Digər xəbərlər