Maliyyə Bazarlarına Nəzarət Palatası iki kredit ittifaqının lisenziyasını ləğv etdi

0

Maliyyı Bazarlarına Nəzarət Palatası (Palata) 2 kredit ittifaqının lisenziyasını ləğv edib.

Banker.az-a daxil olan məlumata əsasən, Palata “ARAN-2011” Kredit İttifaqı və “Mikroinvest” Kredit İttifaqının fəaliyyəti üçün verdiyi lisenziyaya xitam verib. 


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Bununla da kredit ittifaqlarının sayı 49-dan 47-ə düşüb.

Qeyd edək ki, “Aran-2011” Kredit İttifaqı (2011) Ağcəbədi və “Mikroinvest” Kredit İttifaqı (2014) isə Beyləqan rayonlarında fəaliyyət göstərirdi.


Kredit ittifaqı

Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Qarşılıqlı kreditləşmə Kredit ittifaqında toplanan pul vəsaiti hesabına üzvlərin təsərrüfat və sosial ehtiyaclarının ödənilməsi üçün verilən qısa və uzunmüddətli kreditdir. Kredit ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.