3 fevral 2016-cu ildə Azərbaycan Prezidentinin fərmanı ilə yaradılan Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilib.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bu gün, 28 noyabr tarixində sərəncam imzalyıb.
Banker.az bu barədə Prezidentin sərəncamına istinadən xəbər verir.
“Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edilsin və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilsin” – deyə müvafiq fərmanda deyilir.
Bununla belə Mərkəzi Bank və Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn digər məsələləri həll edilməsi tapşırılıb.
OXŞAR: