3 C
Baku
Thursday, February 29, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatasının Direktorlar Şurası və Asiya İnkişaf Bankı arasında görüş olub

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar Şurasının üzlərinin iştirakı ilə Asiya İnkişaf Bankının (AIB) İcraçı Direktoru Metyu Foksun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.

Nəzarət Palatasından verilən məlumata görə, Azərbaycanla münasibətlərə mühüm önəm verdiklərini bildirən Metyu Foks son dövrdə ölkədə aparılan islahatlar və maliyyə sektorunun dayaqlığının təmin edilməsi sahəsində atılan vacib addımları dəstəklədiklərini diqqətə çatdırıb.
Görüşdə hər iki tərəf ölkənin maliyyə sektorunun sağlamlaşdırılması istiqamətində əməkdaşlıq etməyə hazır olduqlarını bildirib.

Görüş MBNP ilə AİB arasında birgə əməkdaşlıq çərçivəsində atılacaq addımların müəyyən edilməsinə dair müzakirələrlə davam edib.

Xatırladaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası ölkədə maliyyə sektorunun dayanıqlılığını təmin etmək və bu sahədə nəzarət mexanizmlərini təkmilləşdirmək məqsədi ilə Azərbaycan Respublikasının Prezidentinin 03 fevral 2016-cı il tarixli Fərmanı ilə yaradılıb.

Trend

twitter_follow_button aaa

 

Son xəbərlər
Digər xəbərlər