23 C
Baku
Thursday, April 25, 2024

Maliyyə Bazarlarına Nəzarət Palatasının “Visa Inc.”lə əməkdaşlıq münasibətlərinə dair müzakirələr aparılıb

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ilə “Visa Inc.” beynəlxalq kart təşkilatı arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.

MBNP-nin mətbuat xidmətindən Banker.az-a bildirilib ki, palatda “Visa Inc.”in Qafqaz, Müstəqil Dövlətlər Birliyi və Cənub-Şərq Avropa regionu üzrə baş meneceri Kristina Dorosun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Palata tərəfindən “Visa Inc.”in brendini daşıyan ödəniş kartları ilə Azərbaycan Respublikasının işğal altında olan ərazilərində ödəniş əməliyyatlarının aparılmasının dayandırılması ilə ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün gözlənilməsi, beynəlxalq hüquqi normaların tələblərinə əməl edilməsi diqqətə çatdırılıb.

Görüşdə “Visa Inc.” tərəfindən təqdim edilən yeni məhsul və xidmətlər, ödəniş kartları bazarında innovativ texnologiyaların tətbiqi, ölkədə maliyyə inklüzivliyinin gücləndirilməsi istiqamətində birgə həyata keçiriləcək layihələr ətrafında müzakirələr aparılıb.

MBNP ilə “Visa Inc.” beynəlxalq kart təşkilatı arasında əməkdaşlıq münasibətlərinin inkişaf perspektivlərinin müzakirə olunduğu görüşdə tərəfləri maraqlandıran məqamlara, o cümlədən ödəniş kartları sahəsində qanunvericilik bazasında aparılacaq dəyişikliklərə, ödəniş kartı sahiblərinin əldə edəcəyi üstünlüklərə, elektron ödənişlərin stimullaşdırılması üzrə birgə layihələrin keçirilməsinə toxunulub.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər