Maliyyə direktoru – Kontakt Home

0

Maliyyə direktoru

Tələblər:


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

• Uyğun vəzifədə 3-5 il iş təcrübəsi
• Vergi qanunvericiliyi üzrə bilik və təcrübəyə malik olmaq
• 1C Proqramını, Microsoft Office proqramlarını əla səviyyədə bilmək
• Qərarvermə, liderlik, innovativ idarəetmə, təşkilatçılıq və təşəbbüskarlıq bacarığı;
• Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;

Vəzifə öhdəlikləri:

• Vergi, DSMF, Statistika, Məşğulluq hesabatlarının dəqiq və vaxtlı vaxtında təqdim edilməsini təmin etmək
• Əmək haqqlarının hesablanmasına və verilməsinə nəzarət etmək
• Kassa əməliyyatları və bank ödənişlərinin düzgün icra olunmasnı təmin etmək
• Aylıq maliyyə hesabatının bağlanılmasına nəzarət etməsi
• İdarəçilik üçün zəruri olan digər hesabatların hazırlanması
• Rəhbərlik üçün maliyyə təqdimatlarının hazırlanması
• Mühasibat uçotunun avtomatlaşdırılması üçün hədəflərin təyin edilməsi
• Büdcə icrasının monitorinqi və təhlil edilməsi
• Bütün satış və satınalma xərclərinin təstiq edilməsi
• İllik biznes planlaşdırılmasında iştirak etmək
• Şirkətin büdcəsinin hazırlanmasında və baxışdan keçirməsində iştirak etmək

İş şəraiti:

– AR Əmək Məcəlləsinə əsasən sənədləşmə
– İş qrafiki: I-V günlər, 09:00-18:00

Yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Maliyyə direktoru” qeyd edərək CV formasını
hr@kontakt.az elektron ünvanına göndərmək xahiş olunur.