28 C
Baku
Saturday, July 27, 2024

Maliyyə naziri: “2019-cu il üçün neftin ixrac qiyməti 60 dollar nəzərdə tutulub”

“Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsində dövlət büdcəsinin gəlirləri 22 917,5 milyon manat məbləğində proqnozlaşdırılıb. Bu da 2018-ci ilin proqnoz göstəricisi ilə müqayisədə isə 768,5 milyon manat və ya 3,5 faiz çoxdur. Növbəti ildə dövlət büdcəsi gəlirlərinin ÜDM-ə nisbəti 28 faiz səviyyəsində nəzərdə tutulub”.

Banker.az bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisdəki müzakirələrdə söylədi. Nazir bildirdi ki, 2019-cu il dövlət büdcəsi gəlirləri üzrə proqnozun 7 316 milyon manatı və ya 31,9 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 11 364,3 milyon manatı və ya 49,6 faizi ARDNF-dan transfertlərin, 3 451,6 milyon manatı və ya 15,1 fazi Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 785,6 milyon manatı və ya 3,4 faizi isə digər gəlirlərin payına düşür.

S.Şərifov bildirdi ki, 2019-cu il dövlət büdcəsinin neft gəlirlərinin hesablanmasında orta ixrac qiyməti 60 ABŞ dolları nəzərdə tutulub: “2019-cu il dövlət büdcəsinin xərcləri 24 780,1 milyon manat məbləğində olmaqla, 2018-ci ilin proqnozu ilə müqayisədə 1680,1 milyon manat və ya 7,3 faiz çox proqnozlaşdırılıb. 2019-cu ildə dövlət büdcəsi xərclərinin ÜDM-ə nisbətinin 30,2 faiz səviyyəsində olması nəzərdə tutulub”.

Maliyyə naziri onu da dedi ki, 2019-cu il dövlət büdcəsi xərclərinin strukturunda təhsil xərcləri 2, 275 mlrd. manat, səhiyyə xərcləri 1, 048 mlrd. manat, müdafiə xərcləri 3, 038 mlrd. manat, beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük xərcləri 185,7 milyon manat, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsinə verilən dotasiya 300,4 milyon manat proqnozlaşdırlır.

Musavat

Son xəbərlər
Digər xəbərlər