Maliyyə naziri AİB-nin Rəhbərlər Şurasının İllik Toplantısında iştirak edir

0
Samir Şərifov

Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının İllik Toplantısında iştirak edir.

Banker.az xəbər verir ki, Mayın 1-də Fici Respublikasının paytaxtı Suva şəhərində Asiya İnkişaf Bankının (AİB) Rəhbərlər Şurasının 52-ci İllik Toplantısı öz işinə başlayıb.
Toplantıda Azərbaycanı maliyyə naziri, Bankın Rəhbərlər Şurasının üzvü Samir Şərifovun rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edir.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Mayın 5-dək davam edəcək İllik Toplantıda üzv ölkələrdən nazirlər, mərkəzi bank rəhbərləri, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, beynəlxalq maliyyə institutları və vətəndaş cəmiyyəti nümayəndələri, tanınmış alim və ekspertlər Asiya və Sakit okean bölgəsinin gələcək inkişafını təmin edəcək iqtisadi, maliyyə, sosial proqramları müzakirə edəcəklər.

İllik Toplantı çərçivəsində maliyyə naziri Samir Şərifovun bir sıra ikitərəfli görüşlərinin keçirilməsi də nəzərdə tutulub. 

1966-cı ildə yaradılan AİB-in baş qərargahı Filippinin paytaxtı Manila şəhərində yerləşir. Bankın 67 ölkə-üzvü var. Azərbaycan AİB-a 1999-cu il dekabrın 22-də üzv qəbul olunub. Azərbaycan Respublikası bankın Rəhbərlər Şurasının 2015-ci ildə keçirilən 48-ci illik toplantısına ev sahibliyi edib.