29 C
Baku
Sunday, June 26, 2022

Maliyyə naziri regional idarələrin formalaşdırılması məsələsinə münasibət bildirib

Maliyyə naziri Samir Şərifov Azərbaycanda bir sıra nazirliklərin regional idarələrinin formalaşdırılması ilə bağlı məsələyə münasibət bildirib.
Banker.az-ın Reporta istinadən verdiyi xəbərə görə, nazir jurnalistlərə açıqlamasında qeyd edib ki, Maliyyə Nazirliyinin əsasnaməsində prinsip etibarı ilə regional idarələrin yaradılması məsələsi əks olunub.

“Amma hələ ki, biz buna əl atmamışıq. Maliyyə Nazirliyində müəyyən institusional təkmilləşdirmə işləri aparılır. Əvvəllər bizim hər rayon üzrə maliyyə idarəsi nəzdində maliyyə-təftiş şöbələrimiz fəaliyyət göstərib. Onlar yerlərdə təftişlə məşğul olub. Sonra da həmin təftişi maliyyə idarəsindən kənarlaşdırdıq və regional maliyyə təftiş idarələri yaratdıq. Hesab edirəm ki, bu daha səmərəli yanaşma idi. Eyni zamanda, həmin səpkidə səyyar xidmətin regional bölmələri də fəaliyyət göstərir. Hazırda regional təmsilçiliyimiz bu səviyyədə təşkil olunub”, – deyə maliyyə naziri əlavə edib.

Son xəbərlər
Oxşar xəbərlər