21 C
Baku
Çərşənbə axşamı, Sentyabr 21, 2021

Maliyyə Nazirliyi 15 mln. borclandı

Screen Shot 2021 09 02 at 14.34.20

3 avqust 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0108024883 ISIN-li, 10 mln. manat həcmində, 1820 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 17 investor tərəfindən qiymət intervalı 95.6048 AZN (8.6%) və 101.4499 AZN (7.15%) olan 27 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.0330 AZN (7.25%), orta ölçülmüş qiyməti 101.2438 AZN (7.1993%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 70,739,100.00 manat yerləşdirilmiş həcmi isə 15,000,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 28 iyul 2026-cı il.

Hərrac iştirakçıları 4 avqust 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Screen Shot 2021 09 08 at 14.27.09
109,597AzarkeşlərKimi
Son xəbərlər
360 380
Oxşar xəbərlər