Maliyyə Nazirliyi: 2018-ci ildə Azərbaycanda dövlət büdcəsinin faktiki kəsiri ÜDM-in 0,3%-ni təşkil edib

  •  
  •  
  •  
  •  

Aprelin 12-də Maliyyə Nazirliyi Kollegiyası iclasında “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” hesabatı təsdiq edərək Nazirlər Kabinetinə təqdim olunmasına dair qərar qəbul edib.

Məlumata əsasən, ötən il dövlət büdcəsinin gəlirləri 22 mlrd. 509 mln. manat və yaxud təsdiq olunmuş proqnoza qarşı 360 mln. manat çox, 2017-ci illə müqayisədə isə 6 mlrd. manat çox icra edilib.

Eyni zamanda, dövlət büdcəsinə qeyri-neft sektoru üzrə daxilolmalar 9 mlrd. 108 mln. manat təşkil edib, plan 103,5% icra edilib.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.

Ötən il dövlət büdcəsinin xərcləri 22 mlrd. 731 mln. manat və yaxud 98,4% icra edilib ki, bu da 2017-ci illə müqayisəədə 5 mlrd. 137 mln. manat çox olub.

Dövlət büdcəsinin kəsiri faktiki olaraq 222 mln. manat və ya ÜDM-in 0,3%-ni təşkil edib, baxmayaraq ki, ilkin olaraq 951 mln. manat səviyyəsində proqnozlaşdırılıb.” Kəsirin maliyyələşdirilməsi maliyyə bazarlarında qiymətli kağızların yerləşdirilməsindən və özəlləşdirmədən daxil olan vəsaitlər hesabına həyata keçirilib”, – nazirlik qeyd edir.


  •  
  •  
  •  
  •