21 C
Baku
Şənbə, Oktyabr 16, 2021

Maliyyə Nazirliyi 30 mln. manatlıq istiqrazlarını hərraca çıxarır

Screen Shot 2021 09 02 at 14.34.20

13 fevral 2018-cı il tarixində Bakı Fond Birjasında Maliyyə Nazirliyinin Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcəkdir.

Bu barədə BFB məlumat yayıb.

Məlumata görə, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 11:00-dan 12:30-dək təşkil olunacaqdır.

İstiqrazların buraxılış parametrləri barədə məlumat aşağıdakı cədvəldə verilmişdir;

  • Dövlət istiqrazının növü Faizli, ortamüddətli dövlət istiqrazları
    Qiymətli kağızın ISIN kodu – AZ0105002692
    Emissiya həcmi – 30 000 000 AZN
    Nominal dəyəri  -100 AZN
    İstiqrazların tədavül müddəti – 728 gün
    Faiz gəliri -11%
    Ödəmə tarixi -11.02.2020
    Anderrayter –  Paşa Kapital İŞ QSC

Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.

Hərracda iştirak etməkdə maraqlı olan şəxslər birja üzvü olan investisiya şirkətlərinə müraciət edə bilərlər. Birja üzvlərinin əlaqə vasitələri BFB-nin internet saytının (www.bfb.az) “Üzvlər” bölməsində yerləşdirilib.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər