15 C
Baku
Bazar ertəsi, Oktyabr 18, 2021

Maliyyə Nazirliyi daha 15 mln. manat vəsait cəlb edib

Screen Shot 2021 09 02 at 14.34.20

14 sentyabr 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0106029884 ISIN-li, 10 mln. manat həcmində, 1092 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 95.999  AZN (7.0017%) və 102.7773  AZN (4.4999%) olan 19 sifariş təqdim edilmişdir.

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 101.7109 AZN (4.8800%), orta ölçülmüş qiyməti  102.2370  (4.6919%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 72,928,300 manat yerləşdirilmiş həcmi isə 15,000,000 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi 10 sentyabr 2024-cü  il.

Hərrac iştirakçıları 15 sentyabr 2021-ci il tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Screen Shot 2021 09 23 at 11.36.43
Son xəbərlər
360 380
Oxşar xəbərlər