25 C
Baku
Saturday, July 27, 2024

Maliyyə Nazirliyi daha 67.5 mln vəsait cəlb etdi

16 fevral 2021-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105005885 ISIN-li, 45 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilib. 

Hərrac zamanı 15 investor tərəfindən qiymət intervalı 86.6026 (15%) və 100.0000 (7%) olan 23 sifariş təqdim edilib. 

Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 98.3826  (7.8900%), orta ölçülmüş qiyməti 98.4532 (7.8507%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 140,800,300.00 manat yerləşdirilmiş həcmi isə 67,500,000.00 manat təşkil edilmişdir.

İstiqrazların ödəmə tarixi  14 fevral 2023-ci  il. 

Hərrac iştirakçıları 17 fevral 2021-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər. 

Qeyd: Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.

Son xəbərlər
Digər xəbərlər