27 C
Baku
Saturday, July 27, 2024

Maliyyə Nazirliyi istiqrazlar buraxdı

Yanvarın 26-da Azərbaycanın Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 3 000 000 ədəd dövlət qısamüddətli istiqrazlarının emissiya prospekti 47S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Elə həmin tarixdə Maliyyə Nazirliyinin hər birinin nominal dəyəri 100 ABŞ Dolları olan 2 000 000 ədəd dövlət ortamüddətli istiqrazlarının emissiya prospekti 48S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınıb.

Beləliklə, Azərbaycan Maliyyə Nazirliyi dəyəri 100 dollar olmaqla, ümumilikdə 5 milyon istiqraz buraxıb.

Qeyd edək ki, bu cür istiqrazların buraxılması haqqında bir neçə gün əvvəl ölkənin maliyyə naziri Samir Şərifov bəyan etmişdi.

oxu.az

Son xəbərlər
Digər xəbərlər