7 C
Baku
Cümə axşamı, Dekabr 2, 2021

Maliyyə Nazirliyində yeni təyinat

Azərbaycan Respublikası Maliyyə Nazirliyində yeni yaradılmış İctimaiyyətlə əlaqələr və vətəndaş müraciətləri ilə iş şöbəsinin müdiri vəzifəsinə təyinat olub.

Maliyyə nazirinin müvafiq əmrinə əsasən bu vəzifəyə Mayis Piriyev təyin olunub.

O, indiyə qədər Maliyyə Nazirliyinin mətbuat katibi vəzifəsini icra edib.

M.Piriyev Bakı Dövlət Universitetini və Azərbaycan Dövlət İqtisad Universitetini bitirib, müxtəlif illərdə “Yeni Azərbaycan” qəzetində, İctimai Televiziya və Radio yayımları şirkətində çalışıb.

Unikal

Son xəbərlər
Oxşar xəbərlər
X