12 C
Baku
Sunday, October 27, 2024

Maliyyə Nazirliyinin “Azər-Türk Bank”da yerləşdirdiyi depozitin məbləği kəskin azalıb

1 dekabr 2016-cı il tarixinə Maliyyə Nazirliyi “Azər-Türk Bank” ASC-də 48,372 mln. manat məbləğində depozit yerləşdirib.

Bu barədə bankın 2016-cı il üzrə maliyyə hesabatında deyilir. Hesabat “Ernst&Young CIS” audit şirkəti tərəfindən aparılıb.

Bu depozitin müddəti 2020-ci il ərzində başa çatır və üzərinə aylıq LİBOR üstə gəl 1,75% dərəcəsi ilə illik faiz hesablanır. Bu vəsait bir əlaqəli tərəf olan şirkətə verilmiş krediti yenidən maliyyələşdirmək üçün istifadə edilib. Verilmiş kreditin müddəti 2020-ci ildə başa çatır və üzərinə 2% üstə gəl aylıq LİBOR dərəcəsi ilə illik faiz hesablanır.

O da bildirilir ki, 48,271 mln. manat məbləğində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisəyə verilmiş korporativ kredit Maliyyə Nazirliyindən alınmış vəsaitlərin payına düşüb.

Xatırladaq ki, 2015-ci ilin sonuna Maliyyə Nazirliyinin dövlət bankında yerləşdirdiyi depozitin məbləği 308,571 mln. manat olub.

©APA

Son xəbərlər
Digər xəbərlər